Mikayıl Cabbarov üçün daha bir fakt- "Dünya görüşün yoxdur" kimi bir bəhanədən istifadə etdilər

Mikayıl Cabbarov üçün daha bir fakt- "Dünya görüşün yoxdur" kimi bir bəhanədən istifadə etdilər 

2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin nəticələri çox sayda narazılığın ortaya çıxmasına səbəb olub.

Faktinfo.az xəbər verir ki, Azxeber.com-a göndərilən məktubda müsahibə yolu ilə imtahan verən Hüseynova Gülnarə Bəxtiyar qızı ona qarşı edilmiş haqsızlıqdan bəhs edir,yüksək bal toplamasına baxmayaraq  o Sumqayıt Şəhərində istədiyi məktəbdə  işləmək hüququndan məhrum edilib. Halbu ki,Sumqayıt Şəhərində müəllim işləmək üçün tələb olunan balın maksimum həddi 48 götürülür.

Beləliklə,Təhsil naziri Mikayıl Cabbarova da müraciət ünvanladığını vurğulayan  şikayətçi, nazirlik əməkdaşlarının süni yollarla onu müsabiqədən uzaqlaşdırdıqlarını bildirib.

Belə ki, imtahanda nəzərdə tutulmuş 60 balın öz ixtisası üzrə 56.24-nü toplayan G.Hüseynova Sumqayıt şəhər 24 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləmək şansı qazandığını bildirib:

"Yazıb sizə bildirirəm ki, mən Hüseynova Gülnarə Bəxtiyar qızı 2008-ci ildə Heydər Əliyev adına litseyi bitirmişəm. Elə həmin il 600 balla Bakı Dövlət Universitetinin mexaniki riyaziyyat fakültəsinə daxil olmuşam. 2013-cü ildə isə magistr pilləsi üzrə təhsil almışam. Azərbaycan Respubıikasının Təhsil Nazirliyinin 31 iyul 2017-ci il tarixində keçirdiyi müəllimlərin işə qəbulu imtahanında Riyaziyyat fənni üzrə 56.24 bal toplamağıma və Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbə qəbul olmağıma baxmayaraq, 24 Avqust 2017-ci ildə keçirilən müsahibə mərhələsində mənim dünya görüşümün olmaması kimi əsassız bəhanələr gətirdilər".

Şikayətçinin sözlərinə görə, heç bir əsası olmadan onu kəsən münsiflər "dünyagörüşün yoxdur" kimi bir bəhanədən istifadə ediblər. G.Hüseynova bundan öncə bir çox təhsil mərkəzlərində abituriyent hazırlıqı ilə məşğul olduğunu və təhsil işində kifayət qədər təcrübəsi olduğunu münsiflərə bildiriyini deyib. Ancaq gənc xanım işləmək hüququ qazandığı 24 saylı Sumqayıt şəhər orta məktəbindən ikinci turdan uzaqlaşdırılıb:

"Bu nəticədən apelyasiya şikayəti verməyimə baxmayaraq, qərarda heç bir dəyişiklik edilmədi. Əgər mən Ümummilli Lider Heydər Əliyevin bitirdiyi bir universitetde 6 il təhsil almışamsa, dünyagörüşüm necə zəif ola bilər? Mən ixtisasdan mənə verilən 40 sualın hamısını cavablandırmaqla 100%-lik nəticə göstərmişəm. Xahiş edirəm ki, mənə edilmiş bu haqsızlığı aradan götürəsiniz". 

Qeyd: Belə faktlar yüzlərlədir,Bakı şəhəri üzrə orta məktəblərdə müəllim işləmək üçün qiymətlər10-15 min manat arasında dəyişir.Eləcə də Sumqayıt Şəhəri üzrə normal bir orta məktəbdə müəllim işləmək üçün müəyyən vəsait xərclənməsi tələb olunur.Ölkə ictimaiyyəti mövcud vəziyyəti  bilir.Bu səbəbdən müəllimlərin işə qəbulu üçün  imtahanları DİM aparmalıdır ki,narazılıqlar dayansın,şəffaflıq bərqərar olsun.Ölkə prezidenti İlham Əliyevə şikayət məktubları ünvanlanmasın.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi