Bundan sonra Ukraynada hərbi çağırışdan yayınmaq çətin olacaq

Bundan sonra Ukraynada hərbi çağırışdan yayınmaq çətin olacaq 

Polşa hərbi çağırış yaşında olan ukraynalı kişiləri ölkəsinə qaytarmağa kömək edə bilər.

Bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

"Düşünürəm ki, bir çox polyaklar otellərdə və kafelərdə gənc ukraynalı kişiləri görəndə və Ukraynaya kömək etmək üçün nə qədər səy göstərməli olduğumuzu eşidəndə qəzəblənirlər", - deyə nazir bildirib.

Qeyd edək ki, Ukrayna hökuməti hərbi çağırış yaşında olan kişilərə pasportların xarici diplomatik missiyalarda deyil, yalnız ölkə daxilində verilə biləcəyi qaydalarını açıqlayıb.

Nəticədə xaricdə yaşayan 18-59 yaş arası ukraynalı kişilər pasportlarını yeniləyə və yeni pasport ala bilməyəcəklər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi