BSU-nun tələbələri "böhtandır " deyərək sosial şəbəkələrə üz tutdular...

BSU-nun tələbələri "böhtandır " deyərək sosial şəbəkələrə üz tutdular... 

Faktinfo.az xəbər verir ki,Vəkil Aqil Layıcın sosial şəbəkədə Bakı Slavyan Universiteti Filologiya və Xarici dil Müəllimliyi Fakultəsinin 50 tələbəsinin (rus bölməsi), Nizami Gəncəvinin yaradıcılığı mövzusunda keçirilən imtahanda cavabların qələmlərin üzərinə yazıldığı barədə məlumatını bəzi saytlar yayıb.

Bununla bağlı bir neçə  saytda  BSU-nun tələbələrinin imtahanda "şparqalka"dan istifadə etmələrinə dair yazılan  fikirlərə isə  universitetin rektoru Nurlana Əliyeva sərt münasibət bildirib.O,mətbuata açıqlamasında belə bir hadisənin  olmadığı təqdirdə ,imtahanlar başlamamış bu fikirləri yayanları da qınayıb. Rektor bu günə kimi cəmi iki imtahanın keçirildiyini, imtahanların yanvarın 8-dən başlayacağını bildirib.

Bununla bağlı BSU-nun tələbələri də sosial şəbəkələrdə bu barədə yazanları qınayıb.Onlar bəzi saytları yalan yazmaqda,universitetə,onun rəhbərliyinə böhtan atmaqda təqsirli biliblər.Belə fikirlərin şəxslərinə hörmətsizlik olduğunu vurğulayıblar.Sitat:"Nədir, bizim savadımız çatmır ki,"şparqalka"dan istifadə edirik,yazıqlar olsun sizlərə "...

Faktinfo.az onuda bildirir ki,əslində rektor Nurlana Əliyevanın saytlarda yazılanlara sərt açıqlama verməsinə elə də ehtiyac yox idi.Çünki, bu məsələdə məntiq üç önəmli faktorun üzərində dayanmağa əsas yaradır.

Birinci, qrupda 50 tələbə olmur,ötsə 25-30 tələbə oxuyur.Bu isə o deməkdir ki,məlumat yalandır,hansısa maraqlara xidmət edir.

İkinci,BSU-da artıq şəffaflıq mövcuddur ki, tələbələr başqa çıxış yolu tapa bilmir,axrıncı hədd kimi " şparqalka " dan istifadə etmək qərarına gəliblər.

Üçüncü, faktor isə ondan ibarətdir ki,bu hal universitetdə olmayıb,olmus olarsa  belə bu "konsept " də keçərsiz olacaq.Çünki, BSU-dakı   şəffaf mühit  müxtəlif üsullara əl atılmasını  rəhbərliyin timsalında inkar edir.Bu isə həm də o deməkdir  ki, yazılan yazılar  Nurlana Əliyevaya dolayı yolla bəraət qazandırır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi