"Bütün pozuntular tam araşdırılmalıdır... - Blinken Gürcüstandakı seçkilərlə bağlı bəyanat yaydı

"Bütün pozuntular tam araşdırılmalıdır... - Blinken Gürcüstandakı seçkilərlə bağlı bəyanat yaydı 

“ABŞ oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri zamanı beynəlxalq normaların pozulmasını qətiyyətlə pisləyir”.

Azpolitika.info xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenin Dövlət Departamentinin rəsmi saytında dərc edilən bəyanatında qeyd olunub.

Blinkenin sözlərinə görə, seçkilərdə fəallıq gürcü xalqının demokratiyaya münasibətini ortaya qoyur, baxmayaraq ki, beynəlxalq və yerli müşahidəçilər seçkiqabağı mühitin hakim partiyanın inzibati resurslardan sui-istifadəsi, səslərin rüşvətlə və seçicilərin hədələnməsi ilə xarakterizə olunduğunu qeyd ediblər.

Dövlət katibinin sözlərinə görə, bütün bunlar qeyri-bərabər oyun şəraitinin yaradılmasına töhfə verib və ədalətli nəticənin mümkünlüyünə ictimai və beynəlxalq inamı sarsıdıb.

Dövlət katibinin sözlərinə görə, beynəlxalq və yerli müşahidəçilər səsvermə gününün ümumilikdə yaxşı idarə olunması ilə bağlı razılığa gəlsələr də, ABŞ qanun pozuntuları və geniş zorakılıq xəbərlərini qeyd edir.

Entoni Blinken beynəlxalq müşahidəçilərin seçkilərin nəticələrini azad və ədalətli elan etmədiyini vurğulayır. ABŞ beynəlxalq normaların bütün pozuntularını pisləyir və beynəlxalq və yerli müşahidəçilərin seçkilərlə bağlı bütün pozuntuların tam araşdırılması çağırışlarına qoşulur.

ABŞ Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmət etməyə, əsas azadlıqlara xələl gətirən qanunvericiliyi ləğv etməyə və birlikdə seçki prosesindəki qüsurları aradan qaldırmağa çağırır.

Entoni Blinkenin sözlərinə görə, Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasının ölkə konstitusiyasında əksini tapmış məqsədləri hökumətdən vətəndaş cəmiyyəti nümayəndələrinin hüquqlarına və Gürcüstanın bütün vətəndaşlarının fundamental azadlıqlarına hörmətlə yanaşmağı tələb edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər