
Cəfər Cabbarlının büstü restavrasiya ediləcək
Mədəniyyət Nazirliyi Cəfər Cabbarlının “Azəbaycanfilm” kinostudiyasının həyətində yerləşən büstünün təmirə ehtiyacı olması məsələsinə münasibət bildirib.
Bu barədə APA.az-ın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Cəfər Cabbarlının büstü kinostudiyanın həyətində yaradılacaq “Kinopark”da mərkəzi bir mədəni-simvolik element kimi qorunacaq: “Layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın