"Cəlal Əliyevin dedikləri Mirşahinin alnına yapışdırılmış etiketdir" — Rafael Cəbrayılovdan SENSASİON AÇIQLAMALAR (VİDEO)
Bir neçə gün əvvəl deputat mandantından imtina edən Rafael Cəbraylov Real TV-nin rəhbəri olan tanınmış telejurnalist Mir Şahin Ağayevin onun haqqında söylədiyi tənqidi fikirlərə sərt şəkildə cavab verib.
Rafael Cəbraylov Demokrat.az-a açıqlamasında bildirib ki, Mirşahinin sonuncu dəfə onun haqqında səsləndirdiyi fikirlər qərəzlidir:
"Mən Mirşahinin bu cür mövqeyinə açıqlama vermək istəməzdim. Yalnız qısa formada onu demək istəyirəm ki, hörmətli akademikimiz Cəlal Əliyev Mirşahin haqqında elə bir xarakteristika verib ki, onun üzərindən mənim hər hansı fikir söyləməyim yersiz olardı. Allah Cəlal Əliyevə rəhmət etsin. Mərhum akademikin vermiş olduğu həmin açıqlama Mirşahinin alnına yapışdırılmış etiketdir. Mirşahin bundan sonra da bütün fəaliyyəti ilə həmin etiketə layiq olduğunu göstərir və bu gün də göstərməkdədir".
Keçmiş deputat Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin onun həyat yoldaşının erməni olması haqqında səsləndirdiyi fikirlərə də sərt formada cavab verib:
"Hər kəs bilir ki, Hafiz Hacıyev Azərbaycan siyasətinin klounudur. Düşünürəm ki, bunu bilməyən yoxdur. Təxminən üç il bundan əvvəl Hafiz Hacıyev Xalq artisti Aygün Kazımova və digər bəzi səhnə xanımları haqqında ağızına gələni danışmışdı. Həmin vaxtı Aygün Kazımova ona tutarlı cavab vermişdi, Hafiz Hacıyevin özü və arvadı haqqında təhqiramiz fikirlər demişdi. Əgər Hafiz Hacıyevin bir damla namusu, qeyrəti olsaydı, o, bir daha bu söhbətə qayıtmazdı. Bilirsiniz, kişi kişi ilə vuruşar, amma kişi bu söhbətə qadını, ailəni qatmaz. Söhbət əsl kişidən gedir. Düşünürəm ki, son vaxtlar mənim başıma gələn bəlaların dirijoru həm də Hafiz Hacıyevi maliyələşdirir və buna görə də o, belə danışır. Mənim həyat yoldaşım əslən Yevlax rayonundandır. Onun nəslində belə erməni yoxdur və olmayıb. Amma mən buradan üzümü Hafiz Hacıyevə tutub deyirəm: Hafiz Hacıyev, sən ermənidən əmələ gəlmisən. Əgər sənin bir damla şərəfin, namusun, qeyrəyin varsa, məni ver məhkəməyə və mənim vəkillərim tutarlı dəlillərlə sübut etsinlər ki, sən ermənidən əmələ gəlmisən. Cəsarətin varsa, məni ver məhkəməyə, gözləyirəm!".
Rafael Cəbraylov ölənədək siyasi qədisəini dəyişməyəcəyini də söyləyib:
"Elə bir dövrə gəlib çatmışıq ki, hətta xamilyon da insanlara həsəd aparır. Çünki bir sıra insanlar var ki, onlar vəziyyətə uyğun olaraq nəinki siyasi əqidələrini, hətta rənglərini belə dəyişə bilirlər. Mənim keçmiş həmkarım Gültəkin Hacıbəyli növbəti dəfə deputat seçilməyən kimi dərhal siyasi mövqeyini dəyişdi və radikal müxalifətə üz tutdu.
Yəqin ki, hər kəs onun Ulu Öndər Heydər Əliyev və ölkə Prezidentinin siyasi kursu haqqında odlu-alovlu çıxışlarını yaxşı xatırlayır. Amma deputat seçilməyən kimi öz mövqeyini asanlıqla dəyişmək və daban-dabana zidd olan siyasi əqidəyə qulluq etmək doğrudan da başadüşülən deyil. Bilirsiniz, insanlar siyasi əqidəsini dəyişəndə onsuz da bu müsbət qarşılanan hal deyil. Siyasi əqidəsini kişilər dəyişəndə yenə də başa düşmək olur. Amma bunu xanımların dəyişməsi yaxşı hal deyil. Amma bildirmək istəyirəm ki, mənim bir siyasi əqidəm var. Bütün ömrüm boyu Heydər Əliyevin strategiyasına və ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursuna həm sədaqətli olmuşam, həm də xidmət etmişəm. Bu siyasi əqidənin ömrüm boyu da daşıyıcısı olaraq qalacam".
Bu xəbər üçün şərh yazın