Cənubi Koreya Ukraynaya uzunmüddətli 2.1 milyard dollar kredit ayırır
Cənubi Koreya Ukraynaya 2,1 milyard dollar dəyərində güzəştli uzunmüddətli kredit ayıracaq.
Bu barədə Cənubi Koreyanın Plan və Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bununla bağlı Vaşinqtonda Cənubi Koreya və Ukrayna maliyyə nazirləri arasında çərçivə sazişi imzalanıb.
Tərəflər Ukraynanın bərpasına kömək edə biləcək layihələr barədə müzakirələrin aparılması üçün də razılığa gəliblər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın