Çingiz Aytmatov adına Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları Milli Kitabxanada olub

Çingiz Aytmatov adına Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları Milli Kitabxanada olub - FOTO

Çingiz Aytmatov adına Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları Çingiz Aytmaovun 100 illik yubileyi ilə əlaqədar “Aytmatov Ensiklopediyası” hazırlanması layihəsi çərçivəsində “Aytmatov və Azərbaycan” mövzusunda materialları əldə etmək üçün Milli Kitabxananın qonağı olublar.

Faktinfo.az xəbər verir ki,qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.

Milli Kitabxananın Nadir kitablar və Azərbaycan ədəbiyyatının arxivi fondundan istifadə edən əməkdaşlar görkəmli qırğız yazıçısı Çingiz Aytmatov haqqında Milli Kitabxananın fondunda mühafizə olunan materiallardan istifadə ediblər.

Qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” foto albomu, “Nizami Cəfərov” və “Bəxtiyar Vahabzadə” biblioqrafiya kitabları hədiyyə edilib.

Çingiz Aytmatov adına Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları Milli Kitabxanada olubÇingiz Aytmatov adına Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları Milli Kitabxanada olubÇingiz Aytmatov adına Qırğızıstan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları Milli Kitabxanada olub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi