
Çirkab sular Ceyranbatan su anbarına axmalıdımı?
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığına dair məlumat yayılıb.
Bu barədə AZTV süjet yayımlayıb,bundan sonra xəbər instagramda da yer alıb.
Bildirilib ki, çirkab suların su anbarına axıdılması üçün ərazidən boru xətti çəkilib və bu xətt vasitəsilə kanalizasiya suları anbarın mühafizə zonası ərazisinə yönəldilir.
Qeyd edək ki, bir müddət əvvəl də bu ərazidən kanalizasiya sularının Ceyranbatan su anbarına axıdılması ilə bağlı məlumat və görüntülər yayılmışdı.
Video: https://www.instagram.com/reel/DIWc0U9MSyZ/?igsh=NnMxcWp6YWs0M3ky
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın