"Crocus"un izləri Ukraynaya aparır - Şoyqu
"Martın 22-də Crocus City Hall konsert zalında törədilən terror aktının izləri həmçinin Ukraynaya aparır...
Bu qanunsuz hərəkətlərə və vəhşiliklərə görə məsuliyyət daşıyanların hamısı mütləq layiqli cəzalarını alacaqlar, bu, zaman məsələsidir”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin görüşündə deyib.
Şoyqunun sözlərinə görə, Ukraynadakı münaqişə ABŞ tərəfindən “yaradılıb” və indi onlar müharibəni uzadırlar.
O bəyan edib ki, Qərb mütəxəssisləri Rusiya ərazisində təxribatların planlaşdırılmasında birbaşa iştirak edirlər.
“Ukraynanın Zaporojye AES-ə endirdiyi zərbələr “ayrıca narahatlıq doğurur”,- Şoyqu qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın