Dağıdıcı zəlzələ GÖZLƏNİLİRMİ? - Hələ kimsə "zəlzələ olacaq" deyib köç etməyib...
Azərbaycanda katastrofik zəlzələlər gözlənilmir. Bizdə elə bölgə yoxdur ki, maqnitudası böyük olan 7 bal gücündə dağıdıcı təkan olsun.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O, bildirib ki, Gürcüstanda baş verən zəlzələdən sonra Azərbaycanda müəyyən bölgələrdə bir təkan qeydə alınıb.
"Bu afterşoklar olacaq.Təki ömür boyu belə zəlzələlər olsun,dağıdıcı təkanlar olmasın. Bu təkanların heç bir narahatlıq yoxudr. Ümumiyyətlə, hiss olunan zəlzələlər qorxulu deyil. Bunlar yerin tərpənməsidir, ciddi zəlzələ deyil. Sadəcə Gürcüstanın Azərbaycanla sərhədə yerlərində zəlzələ hiss olunub", deyə Qurban Yetirmişli bildirib.
Qeyd edək ki, ötən gün yerli vaxtla saat 12:08 dəqiqədə Zaqatala seysmik stansiyasından 55 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 15 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb. Məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.
Bu xəbər üçün şərh yazın