Daha 295 gənc xaricdə dövlət hesabına oxuyacaq -

Daha 295 gənc xaricdə dövlət hesabına oxuyacaq - SİYAHI

Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb.

Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.

Seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edilib ki, 2024–2025-ci tədris ili üçün sənəd qəbulu Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” əsasında həyata keçirilir.

Onların kimliyi və harada oxuyacaqları haqda məlumatla aşağıda qeyd edilən link vasitəsilə də tanış ola bilərsiniz:


https://dp.edu.az/uploads/fileuploads/2024/07/1720d36a4d0a4019b74a12596163ae77.pdf




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər