DAHA BİR GENERAL VƏZİFƏSİNDƏN AZAD OLUNDU -

DAHA BİR GENERAL VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Cinayət işi açıldı

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi bu qurumla bağlı açılan cinayət işinə cəlb olunub.

Qafqazinfo.az-ın məlumatına görə, Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Rəisi, general-mayor Kənan Məmmədov bu səbəbdən tutduğu vəzifədən azad olunub. Hazırda gömrük generalı hüquq mühafizə orqanları tərəfindən dindirilir. 

Qeyd edək ki, K. Məmmədov daha əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi olub. 2019-cu ildə general-mayor rütbəsi ilə təltif edilib. O, "nerhrəmli Kənan" kimi tanınıb... Ancaq onun Naxçıvan şəhərində anadan olduğu bildirilir.  

Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə 2018-ci ildə təyinat alıb. Ondan əvvəl Kənan Məmmədov Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb. Onu da bildirək ki, Kənan Məmmədov Səfər Mehdiyevin həmyerlisi və yaxın dostu jkimi tanınıb.

Xatırladaq ki, son dövlər DTX tərəfindən Gömrük Komitəsində silsilə əməliyyatlar keçirilib. Aralarında generallar da olmaqla bir sıra yüksək vəzifəli şəxslər rüşvət və mənimsəmə ittihamı ilə həbs edilib. DGK sədri Səfər Mehdiyev isə iyulda vəzifəsindən azad olunub.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi