Daha bir təhsil adına biabırçılıq- Bakıda əxlaqsız şagird həbs edildi
Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Report-un əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda istintaq davam etdirilir.
Təhsil Kompleksinin direktoru Sara Xanlarova açıqlamasında işlə hüquq-mühafizə orqanlarının məşğul olduğunu, bu səbəbdən də geniş açıqlama vermək istəmədiyini bildirib:
“Hələlik araşdırma gedir. Amma videogörüntülər quraşdırmadır. Bunun kim tərəfindən quraşdırıldığını bilmirik. Təhsil Nazirliyi də araşdırma aparır”.
Faktinfo.az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər də yayılıb.Bu isə onun göstəricisidir ki,son beş ildə məktəblərdə tərbiyə üzrə ümumiyyətlə iş aparılmır.
Tərbiyə üzrə direktor müavinlərinin başı başqa işlərə qarışdığından belə hadisələrin sayı artıq yüzlərlədir ki,bu xəbərləri verdikdə utanmaya bilmirsən.
Bu xəbər üçün şərh yazın