"Daşkəsən Dəmir Filiz" MMC KSM siyasəti çərçivəsində yardım aksiyası keçirib

"Daşkəsən Dəmir Filiz" MMC KSM siyasəti çərçivəsində yardım aksiyası keçirib - FOTOLAR

Faktinfo.az xəbər verir ki,Daşkəsən rayonunda yerləşən, regionun ən nəhəng dəmir filizi yataqları kompleksinin idarəedilməsi məqsədilə fəaliyyət göstərən “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyəti Cəmiyyətinin (DDF MMC) sahəsində olan yararsız tikililərin sökülməsindən əldə edilən materiallar ehtiyacı olan şəxslərə paylanılıb.

Belə ki, sosial məsuliyyət siyasəti çərçivəsində Cəmiyyətin nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi Daşkəsən Rayon İcra Hakimiyyətinin tərtib etdiyi siyahı əsasında Daşkəsən şəhəri, Yuxarı Daşkəsən qəsəbəsi, Kəmərqayalı və Bayan kəndlərində yaşayan şəhid ailəsi üzvlərinə, qazilərə və aztəminatlı ailələrə müxtəlif tikinti materiallarının, o cümlədən mişardaşı, dam örtük materialları, taxta, pəncərə, qum və çınqılın verilməsini təmin edib. Ehtiyacı olan şəxslərə tikinti materiallarının paylanılmasının davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, DDF MMC-nin KSM Komitəsi Cəmiyyət tərəfindən icra edilən və planlaşdırılan hasilat və istehsalat fəaliyyəti ərzində sosial məsuliyyət tədbirlərinin idarəedilməsi, ətraf mühitin mühafizəsi, yerli əhali ilə əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi məqsədilə cari ilin sonunadək, eləcə də 2024-cü il üzrə fəaliyyət planları və təkliflər hazırlanmaqdadır. MMC-nin fəaliyyətinin yaxın illərdə aktiv fazaya keçməsi ilə KSM Komitəsi tərəfindən icra ediləcək layihələrin də miqyasının və əhatə etdiyi istiqamətlərin genişləndirilməsi planlaşdırılır.

"Daşkəsən Dəmir Filiz" MMC KSM siyasəti çərçivəsində yardım aksiyası keçirib"Daşkəsən Dəmir Filiz" MMC KSM siyasəti çərçivəsində yardım aksiyası keçirib"Daşkəsən Dəmir Filiz" MMC KSM siyasəti çərçivəsində yardım aksiyası keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər