Daşkəsəndə "Təmiz Daşkəsən" ekoloji layihəsinin icrasına başlanılıb

Daşkəsəndə "Təmiz Daşkəsən" ekoloji layihəsinin icrasına başlanılıb - FOTOLAR

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz Daşkəsən” ekoloji layihəsinin icrasına başlanılıb.

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə təşkil edilən layihə çərçivəsində QSC-nin əməkdaşları və RİİB-in könüllüləri Kiçik Qafqazın ən böyük su hövzələrindən biri olan Qoşqarçayın Daşkəsən rayonunun Quşçu kəndindən keçən hissəsində təmizlik aksiyası keçiriblər. Aksiya iştirakçıları tərəfindən çayın sahilləri boyu, təqribən 2 hektara yaxın meşə ərazisi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər tərkibli tullantılardan təmizlənib.Yığılmış tullantılar çeşidlənərək, təkrar emala yönəldilib. Həmçinin Quşçu kəndində ağaclardan ekoloji təmiz boya ilə rənglənmiş quş yuvaları asılıb.

Qeyd edək ki, “Təmiz Daşkəsən” ekoloji layihəsində əsas məqsəd “AzerGold” QSC-nin hasilat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda ətraf mühitin mühafizəsi, biomüxtəlifiyin qorunması, məişət tullantılarının bölgənin flora və faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsidir. Bu məqsədlə cari il ərzində “Təmiz Daşkəsən” ekoloji layihəsi çərçivəsində rayonunun müxtəlif ərazilərində bu tip aksiyaların təşkili davam etdiriləcək.

Faktinfo.az

Daşkəsəndə "Təmiz Daşkəsən" ekoloji layihəsinin icrasına başlanılıbDaşkəsəndə "Təmiz Daşkəsən" ekoloji layihəsinin icrasına başlanılıbDaşkəsəndə "Təmiz Daşkəsən" ekoloji layihəsinin icrasına başlanılıbDaşkəsəndə "Təmiz Daşkəsən" ekoloji layihəsinin icrasına başlanılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər