Daşkəsənin ucqar kənd sakinləri ilə növbəti görüş keçirilib

Daşkəsənin ucqar kənd sakinləri ilə növbəti görüş keçirilib - FOTOLAR

Martın 15-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi tərəfindən Daşkəsən rayonunun ucqar Çovdar, Quşçu kəndləri, eləcə də digər yaşayış məntəqələrindən olan sakinləri ilə növbəti görüş keçirilib.

Faktinfo.az-a verilən məlumata görə,"AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev çıxış edərək, Səhmdar Cəmiyyətin fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda, xüsusilə istismar işləri həyata keçirilən mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrin sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində icra olunan layihələrdən danışıb. Səhmdar Cəmiyyət tərəfindən cari ildə məşğulluğun artırılması, kənd təsərrüfatı, səhiyyə, təhsilin inkişafı, ekologiya, idmanın populyarlığının artırılması və digər istiqamətlərdə həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verilib.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin yerli sakinlərin qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, “AzerGold” QSC-nin KSM Komitəsi tərəfindən sosial ehtiyacların müəyyənləşdirilməsi məqsədi ilə bölgə əhalisi ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.

Daşkəsənin ucqar kənd sakinləri ilə növbəti görüş keçirilibDaşkəsənin ucqar kənd sakinləri ilə növbəti görüş keçirilibDaşkəsənin ucqar kənd sakinləri ilə növbəti görüş keçirilibDaşkəsənin ucqar kənd sakinləri ilə növbəti görüş keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər