Debutatlığa namizəd Fariz İsmayılzadə seçici üçün hansı təəssürat bağışlayır?

Debutatlığa namizəd Fariz İsmayılzadə seçici üçün hansı təəssürat bağışlayır? 

Faktinfo.az saytı xəbər verir ki, bölgələrdə bir çox deputatlığa namizədlər seçicilərin suallarını cavablandırmaqda çətinlik çəkirlər.

Bu səbəbdən də çalışan qədər məhdud sayda "seçici" ilə görüşməyə üstünlük verirlər. Adətən, belə görüşlər bağlı məkanlarda baş tutur və görüntü xarakteri daşıyır.

Amma namizədlər var ki, əksər hallarda, kəndlərdə açıq havada gəzir, insanları maraqlandıran suallarla tanış olur, camaatın hansı sahələrdən daha çox narazı olduqlarının qeydiyyatını aparır. Belə namizədlər var və onların seçici ilə təmaslarından paylaşdıqları şəkillər insanlara təbii təsir bağışlayır, fotolarda səmimilik hissi duyulur. Bu isə onun göstəricisidir ki, seçici könüllü olaraq, özü namizədinin görüşünə gəlib, ya da ki, onunla ayaq saxlayıb danışmaqda istəkli tərəfdir. Belə nümunələr çoxdu.


Fikirlərimizin bütün müsbət tərəfləri Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 77 saylı Lənkəran şəhər Seçki Dairəsindən namizəd olan Fariz İsmayılzadə üçün keçərlidir.


O, həqiqətən müasir prinsiplərə söykənən yanaşma nümayiş etdirir, danışarkən intellektul şəxs təsiri bağışlayır, təvazökarlığı ilə diqqət çəkir. Bölgədən gələn məlumatlarda o da vurğulanır ki, Fariz İsmayılzadə təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ayaqüstü söhbət edərkən, onlara seçki platforması ilə bağlı məlumat verərkən, insanları nəyəsə təşviq edən şəxs təsiri də bağışlamır. Onun seçicilərlə danışıq üslubu, danışarkən seçdiyi ifadələr bütün hallarda müsbət təsir bağışlayır.

Faktinfo.az saytı Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 77 saylı Lənkəran şəhər Seçki Dairəsindən namizəd olan Fariz İsmayılzadənin seçiciləri ilə görüşündən bir neçə fotoşəkili təqdim edir.

Debutatlığa namizəd Fariz İsmayılzadə seçici üçün hansı təəssürat bağışlayır?Debutatlığa namizəd Fariz İsmayılzadə seçici üçün hansı təəssürat bağışlayır?Debutatlığa namizəd Fariz İsmayılzadə seçici üçün hansı təəssürat bağışlayır?Debutatlığa namizəd Fariz İsmayılzadə seçici üçün hansı təəssürat bağışlayır?Debutatlığa namizəd Fariz İsmayılzadə seçici üçün hansı təəssürat bağışlayır?Debutatlığa namizəd Fariz İsmayılzadə seçici üçün hansı təəssürat bağışlayır?
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi