Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini “topa tutdu”: “Pullar haradadır?”

Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini “topa tutdu”: “Pullar haradadır?” – MÜSAHİBƏ

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Oxu.Az-ın suallarını cavablandırıb.

Faktinfo.az deputatın verdiyi müsahibəni təqdim edir:

- Rüfət müəllim, Hesablama Palatasının 2021-ci il fəaliyyəti ilə bağlı hesabat əhatəlidirmi?

- Hesablama Palatasının fəaliyyətini çox müsbət qiymətləndiririk. Hesabatdakı məlumatlar bizim komitənin üzvlərini qane edir. Düşünürəm ki, ildən-ilə Hesablama Palatasının apardığı işlərin sayı artır və şəffaflıq ön plana çıxır. Ən maraqlısı budur ki, aparılan auditlərin nəticəsi olaraq xeyli qanunsuzluq aşkarlanır. Yoxlamalar nəticəsində oğurlanan, düzgün xərclənməyən vəsaitlər büdcəyə qaytarılır. Ötən il büdcəyə 34.2 milyon manat geri qayıdıb. Düşünürəm ki, Hesablama Palatasının işini bir az da gücləndirsək, daha çox vəsait büdcəyə qayıdar.

- Komitə iclasında bəzi məmurları büdcə pullarını dağıtmaqda ittiham etmisiniz. Əlinizdə hansı məlumatlar var?

- Hesablama Palatası cinayət törədən, vəsaitləri mənimsəyən məmurlar haqqında dəqiq məlumatları deputatlara təqdim etməlidir. Onlar barəsində hansı tədbirlər görülür və nə qədər vəsait geri qayıdıb – bunlar detallı şəkildə bizə təqdim olunmalıdır. İstəyirik, büdcənin xərc hissəsinə yığılan vəsait düzgün formada xərclənsin.

- Ayrılan pulların təyinatı üzrə xərclənməməsinin səbəbləri nədir: Düzgün dəyərləndirmə aparmamaq, yoxsa məmurlarda vəsaitə olan tamah?

- Təbiidir ki, vəsait düzgün xərclənmirsə, burada şəxsi maraqlar var. Məmurun bilməyərəkdən vəsaitlə bağlı səhv etməsi mümkün deyil. 

Yoxlamalar, ictimai nəzarət, dinləmələr məmurların tamahının qarşısını ala bilər. Bu mövzuda dinləmələr keçirilməlidir və dövlət qurumlarının rəhbərləri həmin dinləmələrə gəlməlidirlər.

Əgər hər-hansı dövlət qurumundakı büdcə vəsaiti düzgün xərclənmirsə, onu üzə çıxarmaq, ifşa etmək və təqdim etmək Hesablama Palatasının funksional işlərindən biridir.

- Ölkədə idarəetmə sistemində nələrin yenidən formalaşmasına və ya dəyişməsinə ehtiyac var?

- İslahatlar prosesi sürətlə gedir və şaxələnir. Əsas meyar budur ki, idarəetmə sisteminə ictimai nəzarət güclənməlidir.

- İcbari tibbi sığorta sistemi ilə bağlı vaxtaşırı narazılıqlarınızı dilə gətirirsiniz. Gəlin konkretləşdirək, sizi narahat edən konkret nədir?

- Mənə xeyli şikayət ünvanlanır. İcbari tibbi sığorta sistemi ilə bağlı kütləvi narazılıqlar var. Əsas motiv İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qurduğu mexanizmlə bağlıdır. Bu gün deputatların özünün də icbari tibbi sığortası ilə bağlı məsələlər tam həll olunmayıb. Belədirsə, o zaman sual olunur, sadə insanlarla bu məsələ necə həll ediləcək?

Aldığım məlumatlara görə, xəstələr səhiyyə ocaqlarına gəlir və icbari tibbi sığorta hesabına tibbi yardım ala bilmirlər. Halbuki işəgötürənlər və işçilər hər ay icbari sığorta ilə bağlı pul ödəyirlər. Bu pullar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin büdcəsinə keçirilirsə, onda bu pullar haradadır? Niyə iş qurulmur? Agentliyin qurduğu fəaliyyət, əfsuslar olsun ki, uğursuzdur. Təcili şəkildə qurumun fəaliyyətində sürətli islahatlar aparılmalıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi