Deputat Məşğulluq Agentliyinin vətəndaşlara xəstə heyvanlar verməsi iddiası barədə danışdı: “Dövlət büdcəsini bu cür sıradan çıxarmaq olmaz”

Deputat Məşğulluq Agentliyinin vətəndaşlara xəstə heyvanlar verməsi iddiası barədə danışdı: “Dövlət büdcəsini bu cür sıradan çıxarmaq olmaz” 

Son günlər Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara zəif, arıq heyvanların verilməsi barədə şikayətlərin sayı artıb. Sosial şəbəkələrdə ayrı-ayrı şəxslər tərəfindən paylaşılan fotolar və videogörüntülər ciddi müzakirə yaradıb. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tənqid edərək bildiriblər ki, verilən heyvanların çoxu xəstədir, bu isə onların tez tələf olmasına gətirib çıxarır.

 

Faktinfo.az xəbər verir ki,Milli Məclisin deputatı Fazil Mustafa bununla bağlı Pravda.az-a açıqlamasında deyib ki, belə hallar varsa, məsələ ciddi müzakirə olunmalıdır: “Hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Çünki heç bir halda dövlət büdcəsini bu cür sıradan çıxarmaq, ümumiyyətlə, ideyanı ortadan qaldırmaq olmaz. Zahirən belədir ki, guya ayrı-ayrı insanlara dayanıqlı inkişaf üçün müəyyən dəstək verilməsi nəzərdən tutulur, amma iş məqsədyönlü şəkildə zay heyvanların, yaxud məhsulların vətəndaşa verilməsi ilə yekunlaşırsa, bu, yaxşı hal deyil. Bizə də bəzən belə məlumatlar çatır. Hər halda məsələnin üzərində ciddi iş aparılmalı, problem ictimailəşibsə, ictimai təhqiqat da aparılmalıdır. Çünki bilavasitə bir çox sənədlərdə işsizliyin ortadan qaldırıldığı yazılır, müəyyən dərəcədə insanların işlə təmin edilmələri kimi təqdim olunur. Təbii ki, vəziyyətin belə olması çox ciddi narahatlıq yaradır. Problemin üzərində düşünmək lazımdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər