Deputat Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib - FOTOLAR
Oktyabrın 29-da Milli Məclisin inzibati binasında Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri vətəndaş qəbulu keçirdib və onların müraciətlərini dinləyib.
"Vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinlədim, problemləri ilə maraqlandım. Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları və sosial məsələlərlə bağlı idi."
Faktinfo.az xəbər verir ki, bunu keçirdiyi qəbuldan sonra mətbuata Milli Məclisin Komitə sədri,professor Hicran Hüseynova deyib.
Qeyd edək ki, görüş zamanı vətəndaş müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər müraciətlərin araşdırılması üçün isə aidiyyəti orqanlara sorğular göndərilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın