Deputat növbəti vətəndaş qəbulu keçirib

Deputat növbəti vətəndaş qəbulu keçirib - FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva ofisinə daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında işlə təmin olunma, ailə-məişət problemindən əziyyət çəkən sakinə dəstəyin göstərilməsi, evinin çıxarışını almaqla bağlı vətəndaşın yaşadığı çətinlik və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır.

 Millət vəkilinin qərargahından Faktinfo.az-a verilən məlumata görə,seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Deputat növbəti vətəndaş qəbulu keçiribDeputat növbəti vətəndaş qəbulu keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi