Deputat Qarabağ Qazisinə vəd versə də... - İndi ortalıqda görünmür...
Qarabağ qazisi, Göygöl rayon sakini Habil Mədətov deyir ki, acından ölür.
Bu barədə müraciət edən Qarabağ qazisi deyir ki, 2 övladı hazırda hərbi xidmətdədir. O müharibədə iştirak etdiyi üçün aylıq 80 manat müavinət alır. Habil bəy deyir ki, ailəsi ancaq o müavinətlə dolanır.
Habil Mədətov iş üçün dəfələrlə aidiyyatı qurumlara müraciət edib, lakin heç bir müsbət nəticə əldə edə bilməyib. Habil bəy rayonun deputatı Elşad Mirbəşiroğluna da müraciət edib, deputat ona problemlərinin həlli üçün köməklik edəcəyini desə də, sonradan onu tapa bilməyib. Qarabağ qazisi deyir ki, Elşad Mirbəşiroğlunu tapmaq üçün İnterpola müraciət edəcək.
Habil Mədətov ölkə başçısından köməklik istəyir./baxar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın