Deputat Ülvü Quliyev heç kimdən xahiş etməyib

Deputat Ülvü Quliyev heç kimdən xahiş etməyib 

"Deputat xanım sürücüdən heç bir xahiş etməyib.Yayılmış informasiyanın Milli Məclisin deputatı Ülvi Quliyevlə heç bir əlaqəsi yoxdur."

Bu barədə Faktinfo.az-a verilən məlumatda bildirilir.

Qeyd edək ki,bir sıra saytlarda Milli Məclisin deputatı Ülvi Quliyevin İ.Abbasova adlı xanım sürücüdən şikayətini geri götürməsi üçün xahiş ediyinə dair  xəbərlər yayılıb.Məlumat üçün bildirək ki, Ülvi Quliyevin köməkçisi Nurlan Qurbanov da baş vermiş hadisə ilə bağlı deputatın heç kimdən xahiş etmədiyini mətbuata açıqlamasında bildirib.

 

Xatırlayaq ki,İ.Abbasova adlı xanım sürücü avtomobilini park etmək istəyərkən "Rənc Rover" sürücüsü Z.Paşayev tərəfindən hücuma məruz qaldığını iddia edib. O, deyib ki, parking zamanı "Rənc Rover" sürücüsü avtomobildən düşərək onun maşınına yaxınlaşıb. Z.Paşayev avtomobilin şüşəsini əsəbi halda döyəcləyərək, onu küçə söyüşləri ilə təhqir edib.

İ.Abbasova ona hücum edən sürücü barəsində Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Z.Paşayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək, iş məhkəmə göndərilib.

Z.Paşayev isə bildirib ki, barəsində şikayət edən xanım sürücü yolun kənarında avtomobilini düzgün park etmədiyindən təhlükə yaradıb və bu zaman ona yaxınlaşaraq öz iradlarını bildirib. Eyni zamanda qeyd edib ki, İ.Abbasovanı təhqir etməyib və söyüş söyməyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 50 manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin inzibati tənbeh vermə haqqında qərarı ləğv edilib. Z.Paşayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən araşdırılması üçün Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə göndərilib.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi