Deputat vətəndaşlarla Nizami rayonunda növbəti vətəndaş qəbulunu keçirib

Deputat vətəndaşlarla Nizami rayonunda növbəti vətəndaş qəbulunu keçirib - FOTOLAR

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Cəmşid Naxçıvanski 55, 59 və 65 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlər ilə yerindəcə tanış olub. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında ağaclara aqro-texniki qulluğun göstərilməsi, məhəllənin abadlaşdırılması, ailə-məişət problemindən əziyyət çəkən vətəndaşlara dəstəyin göstərilməsi, işlə təmin olunma və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır. 

Millət vəkilinin qərargahından Faktinfo.az saytına  verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Deputat vətəndaşlarla Nizami rayonunda növbəti vətəndaş qəbulunu keçiribDeputat vətəndaşlarla Nizami rayonunda növbəti vətəndaş qəbulunu keçiribDeputat vətəndaşlarla Nizami rayonunda növbəti vətəndaş qəbulunu keçiribDeputat vətəndaşlarla Nizami rayonunda növbəti vətəndaş qəbulunu keçiribDeputat vətəndaşlarla Nizami rayonunda növbəti vətəndaş qəbulunu keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi