Deputata qəzəl yazıldı:“Məclisi, səccadəsi, imanı laykla ölçülən”

Deputata qəzəl yazıldı:“Məclisi, səccadəsi, imanı laykla ölçülən” 

Deputat Etibar Əliyevin Facebook dostluğunda olanlarla bağlı yazdığı status gündəm olub.

Yeni Sabah.az xəbər verir ki, şair, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bununla bağlı deputata qəzəl həsr edib. Həmin qəzəli təqdim edirik:

Ölmədik, gördük qədeş dövranı laykla ölçülən, 

Məclisi, səccadəsi, imanı laykla ölçülən.

Yol azan, yoldan keçən, koldan keçən, əldən keçən… 

Kürsü tutmuşdur gözün, vicdanı laykla ölçülən.

Feysə düşmüş peysərindən asdığı vicdan yükü, 

Əhdi - komment, andı - rəy, peymanı laykla ölçülən.

Əqli kəm əql öyrədir, dastan deyir hər dəhridə,

Elmi - batil, təhsili, irfanı laykla ölçülən. 

Göstərin yer bilməyən yersizlərə ünvanını - 

Meydanı boş görməsin meydanı laykla ölçülən.

***

E. Əliyevin E. Mirzəbəylinin bu qəzəlinə cavabı gecikməyib. O sosial şəbəkədə yazıb: 

“Facebookda biri var, şair işləyir. BAXCP adlanan partiyanın şairidir. Şeir bilgisi topuğumdandır. Həm də orda divar qəzeti buraxır. Başqa sözlə pul silməklə məşğuldur. Mirzəlik etməyə öyrəncəkli bəydir. 

Mənə dedilər ki, haqqımda təhqiramiz cızmaqara yazıb. Dəyərli dostlarım! Mən "vicdansız" ifadəsini işlədəndə belələrini nəzərdə tutmuşam. 

Biri də var, Gömrük quldurudur. Pulu azalanda atasının şeirlərini oxuyub kövrələn, Rüstəmxanlı soyadlıdır. Həmin ifadəni belələri və yalnız tərbiyəsiz ifadələr işlədənlərə aid etmişəm. Belə adamlar Fb-də yalnız vaxt aparırlar”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi