Deputatın müraciəti əsasında vətəndaşların qarşıladığı problem həll olunub

Deputatın müraciəti əsasında vətəndaşların qarşıladığı problem həll olunub - FOTOLAR

Milli Məclisin deputatı Könül Nurullayeva Keşlə qəsəbəsi, A. Mirzəyev küçəsində yaşayan vətəndaşların evlərinin önündən keçən qaz xəttinin hündürlüyə qaldırılması ilə bağlı kollektiv müraciətini qeydiyyata götürərək, aidiyyəti üzrə müvafiq qurumlara ünvanlayıb.

Faktinfo.az xəbər verir ki,nəticədə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, sakinlərin istəklərini nəzərə alaraq qaz xətti hündürlüyə qaldırılıb və qaz sayğaclarının yeri dəyişdirilib.

Qeyd edək ki, millət vəkili Könül Nurullayeva isə öz növbəsində seçicilərini narahat edən bu məsələnin tez bir zamanda öz həllini tapmasında göstərdiyi köməyə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti hörmətli Rövşən Nəcəfə və "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə dərin təşəkkürünü bildirib.

Deputatın müraciəti əsasında vətəndaşların qarşıladığı problem həll olunubDeputatın müraciəti əsasında vətəndaşların qarşıladığı problem həll olunubDeputatın müraciəti əsasında vətəndaşların qarşıladığı problem həll olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi