Deputatın rektoru olduğu universitet məhkəməyə verilib
Azərbaycan Kooperasiya Universiteti məhkəməyə verilib.
Ali təhsil ocağından şikayətçi olan şəxs TAĞIYEV NÜSRƏT ÇİNGİZ oğludur.
Məhkəməyə müraciət edən N.Tağıyev univesitetin ona maddi ziyan vurduğunu iddia edib.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baş tutacaq məhkəmə işinin mahiyyəti Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsindən ibarətdir.
Bildirək ki,adıçəkilən universitetin nizamnamə kapitalı 304 min 215 AZN-dir.
Qeyd edək ki, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Allahyar oğlu Quliyevdir./32gun.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın