Deputatlığa namizəd Əziz Ələkbərli daha 5 kənddə seçiciləri ilə görüşdü - FOTOLAR
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Yusif oğlu Ələkbərli rayonun Qaranuru, Əbil, Cəfərxan, Sarıcalar və Qazanbatan kəndlərindən olan seçicilərlə görüş keçirib.
Faktinfo.az-a deputat qərərgahından verilən məlumatda bildirilir ki, namizəd Əziz Ələkbərli Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, hazırda Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir.Bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin düzgün, praqmatik siyasəti nəticəsində ölkəmiz regionda söz sahibinə, o cümlədən dünyada sülhün, inkişafın təminatçısına çevrilib. Bildirilib ki, məhz bu uğurların nəticəsidir ki, növbədənkənar parlament seçkiləri ölkəmizin bütün ərazilərində keçiriləcək.
YAP-ın uğurlarının bütün Azərbaycanın nailiyyətləri olduğunu qeyd edən Əziz Ələkbərli seçiciləri qarşıdan gələn parlament seçkilərində fəal olmağa, ən layiqli namizədə səs verməyə çağırıb.Tədbirdə iştirak edən hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin müəllimi Zahid Cəfərov çıxış edərək, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi Əziz Ələkbərlini dəstəkləməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər 1 sentyabr tarixində seçki məntəqələrinə gedərək Azərbaycanın işıqlı sabahı naminə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Bu xəbər üçün şərh yazın