Deputatlığa namizəd Hicran Hüseynova Sumqayıt şəhəri,16-cı məhəllədə yaşayan seçicilərlə görüşdü - FOTO
2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın Sumqayıt şəhəri, 16-cı məhəllədə yaşayan seçicilərlə görüşü keçirilib.
Faktinfo.az xəbər verir ki,bu barədə məlumatı yap.org saytı yazıb.
Məlumatda bildirilir ki, 2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın Sumqayıt şəhəri, 16-cı məhəllədə yaşayan seçicilərlə görüşü keçirilib.
2024-cü il sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hicran Hüseynovanın Sumqayıt şəhəri, 16-cı məhəllədə yaşayan seçicilərlə görüşü keçirilib.
Görüş zamanı deputatlığa namizəd Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlərdən danışıb. O, ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini və milli gücünün artırıldığını qeyd edərək, gələcək inkişaf üçün nəzərdə tutulan hədəfləri açıqlayıb.
Görüşdə seçicilərin təklif və müraciətləri dinlənilib, onların sualları cavablandırılıb.
Namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Təşviqat qrupunun üzvləri Elməddin Bəylərov, Şahin Şəfiyev çıxış edərək YAP-ın xalqın mənafeyini qoruyan və güclü dövlət quruculuğu yolunda fəaliyyət göstərən siyasi qüvvə olduğunu vurğulayıb, seçiciləri partiyanın namizədini dəstəkləməyə çağırıblar.
Görüşdən sonra Hicran Hüseynova Birinci Qarabağ müharibəsi şəhidi İlqar Məmmədovun ailəsini də ziyarət edib.
Bu xəbər üçün şərh yazın