Deputatlığa namizəd Qaya Məmmədovun seçicilərlə səyyar görüşləri davam edir

Deputatlığa namizəd Qaya Məmmədovun seçicilərlə səyyar görüşləri davam edir - FOTOLAR

Deputatlığa namizəd Qaya Məmmədovun seçicilərlə səyyar görüşləri davam edir.

Bu dəfə deputatlığa namizəd təbliğat-təşviqat çərçivəsində görüşünü Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, bina 9-un və AB yaşayış sahəsi, eləcə də 135-ci binanın sakinləri ilə keçirib.

 Q.Məmmədov bildirib ki, seçicilərdə seçki prosesinə yüksək marağın olmasının şahidi olub: “Hörmətli seçicilərimizə platformamız barədə məlumat verdik və onların suallarını cavablandırdıq. Sakinlərin sosial təminat sahəsində qanunvericilik, çoxmənzilli binaların təsərrüfatı, yolların təmiri, idman infrastrukturu kimi məsələlərə dair qiymətli fikirlərini dinlədik”.

Qeyd edək ki, Q.Məmmədov namizədliyini 31 saylı Suraxanı II seçki dairəsindən irəli sürüb. 



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər