Deputatlığa namizəd Saatlı Olimpiya İdman Kompleksinin stadionunda gənc seçicilər, o cümlədən idmançılar və tələbələrlə görüş keçirib - FOTOLAR
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 66 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əziz Ələkbərlinin Saatlı Olimpiya İdman Kompleksinin stadionunda gənc seçicilər, o cümlədən idmançılar və tələbələrlə görüş keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov YAP-ın seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlara uyğun yeni hədəflərə çatmaq üçün qarşıda mühüm vəzifələrin durduğunu vurğulayıb.Deputatlığa namizəd Əziz Ələkbərli əvvəlcə YAP-ın seçki platforması barədə ətraflı məlumat verərək budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə fərqləndiyini qeyd edib.
Çıxışının sonunda Əziz Ələkbərli idmançıları və gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb, deputat seçiləcəyi təqdirdə ona göstərilən etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.Çıxış edən gənclər və idmaçılar dövlətimizin, Yeni Azərbaycan Partiyasının onlara göstərdiyi diqqət və qayğıdan bəhs edərək, parlament seçkilərində öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildiriblər.Tədbirin sonunda Əziz Ələkbərli gənclərin və idmançıların arzusu ilə onlarla xatirə şəkli çəkdirib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın