Deputatlığa namizəddən Eldar Quliyevlə bağlı şok açıqlama: "Maştağa ərazisini gəzərkən gördüm ki..." - FOTO
Maştağa ərazisini gəzərkən gördüm ki, bu ərazinin illərdir həll olmayan problemləri çoxdur.
Sakinlərlə söhbət zamanı məlum oldu ki, illərlə yığılıb qalan sosial məsələlər-işsizlik, yol, işıq, qaz, su, kanalizasiya problemləri Maştağanın əzəli çətinliklərinə çevrilib. Maştağanın bəzi yerində həyat şəraiti heç də ürəkaçan deyil. Sakinlərin çoxu quyu suyundan istifadə edir. Bakının bir çox kəndləri kimi Maştağanın da böyük bir hissəsində kanalizasiya xətti yoxdur. Kəndin bəzi yerində ötən əsrin 50-60-ci illərində çəkilən xətlər isə çoxdan sıradan çıxıb. Kəndin mərkəzində yollar asfalt olsa da, qıraq məhəllələrin küçələri bərbad vəziyyətdədir.
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədi Aslan Həmidli bildirib.
O qeyd edib ki, ərazinin deputatı hazırda Eldar Quliyevdir: "Eldar Quliyevi Azərbaycan cəmiyyətinə tanıtmağa zənnimizcə ehtiyac yoxdur. Quliyevi deputatdan çox Azərbaycan Kooperasiya Universitetinin rektoru olaraq tanıyırlar. Bilirsiniz, Eldar Quliyevin daha çox tanınmasına bir səbəb də, Fransada gördüyü fahişələrdir. Görün Maştağa, Savalan və Bilgəh sakinlərinin vəkili kimdir. Görün onlara vəkillik kim edir. Eldar Quliyevin artıq 73 yaşı var. 2000-ci ildən bəri parlamentdə oturan və seçiciləri üçün heç bir xidmət göstərə bilməyən bir deputat bundan sonra millətə, seçicilərinə nə xidmət edə bilərki?!"
Faktinfo.az
Bu xəbər üçün şərh yazın