Deputatlığa namizədlər Rövşən Tağıyev və Rasim Musabəyov üçün müqayisəli yanaşma

Deputatlığa namizədlər Rövşən Tağıyev və Rasim Musabəyov üçün müqayisəli yanaşma - VİDEO

Faktinfo.az xəbər verir ki,Milli Məclisə VII çağırış deputat seçkilərinin keçirilməsinə bir həftədən də az müddət qalıb.Bu arada isə namizədlər arasında müəyyən çağırışları eşitmək mümkündü.Bəzi namizədlər alternativini debata çağırır,digər qrup deputatlığa namizədlər var ki,seçicilərinə səs verməmişdən əvvəl paralellər aparmalarını, səs verəcəkləri şəxsə dair düşünüb müqayisəli yanaşmadan sonra səs vermələrini məsləhət bilir.Sosial şəbəkələrdə qarşımıza çıxan bir videoda da bundan bəhs edilir.

Həmin videoda söhbət 18 saylı Nərimanov- Nizami-Binəqədi Seçki Dairəsindən deputatlığa namizəd Rövşən Tağıyevdən gedir.Rövşən Tağıyev sözügedən dairədə seçiciləri ilə müntəzəm görüşlər təşkil edən aktiv namizəd hesab olunur. Hər gün,bir neçə dəfə müxtəlif ərazilərdə seçiciləri ilə görüşlər təşkil edən Rövşən Tağıyevin əsas alternativi,üst-üstən 15 il 18 saylı Nərimanov- Nizami-Binəqədi Seçki Dairəsindən deputat olmuş Rasim Musabəyovdur.Rasim Musabəyova gəlincə demək olar ki,seçiciləri onu tanımır,onun seçiciləri ilə görüşlərinə dair dolğun bir məlumat yoxdur.Bəlkə də ona görədir ki,digər namizəd Rövşən Tağıyevin seçicilərlə görüşündə danışmağa kifayət qədər arqumentləri olur.

Bu mənada LİNK üzərindən keçid etməklə Rövşən Tağıyevin seçicilərə müraciəti və hər iki namizəd haqqında müqayisəli yanaşma ilə tanış ola bilərsiniz. 

https://www.facebook.com/watch/?mibextid=WC7FNe&v=887105416650017&rdid=Khb97KdSh1tJBJJp


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər