“Dərhal sərbəst buraxın” - BMT Pakistana çağırış etdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Özbaşına Həbslər üzrə İşçi Qrupu Pakistanın keçmiş baş naziri İmran Xanın həbsi ilə bağlı Pakistan hökumətinə çağırış edib.
Azpolitika.info xəbər verir ki, BMT İmran Xanın həbsini qanunsuz adlandırıb və onun dərhal sərbəst buraxılmasını tələb edib.
Bəyanatda beynəlxalq hüquqa uyğun olaraq sabiq baş nazirə təzminat ödənilməsi və digər hüquqlarının təmin olunmasının lazım olduğu vurğulanıb. Həmçinin Pakistana İmran Xanın özbaşına azadlıqdan məhrum edilməsi ilə bağlı tam və müstəqil araşdırılmanın aparılmasına dair çağırış edilib.
Xatırladaq ki, keçmiş baş nazirə qarşı daha əvvəl dövlət sirrini açmaq və qeyri-qanuni nikahda olmaq kimi ittihamlarla iddia qaldırılmışdı. İmran Xan 5 avqust 2023-cü ildən həbsdədir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın