Dəri-Zöhrəvi Mərkəzinin baş həkiminin qərarından məhkəməyə müraciət ediləcək
31.08.2022-ci il tarixində Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov tərəfindən Əmək Məcəlləsinin 70ç maddəsi ilə kargüzarlıq şöbəsindən işdən çıxarılan Qəzənfərova Nərmin Rəhim qızı müxtəlif dövlət orqanlarına şikayət edir.
Şikayətçi tərəfindən Faktinfo.az saytına verilən məlumatda bildirilir ki, onun sonuncu dəfə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Vitse prezidentinə, Maliyyə nazirinə etdiyi şikayətlərinə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs tərəfindən baxılmışdır.
Nərmin Qəzənfərovaya müraciətinin əmək fəaliyyətinə aid hissəsi fərdi əmək mübahisəsinin predmeti olduğundan, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilir. Bu barədə 25.10.2023-cü il tarixində Nərmin Qəzənfərovaya ünvanlanmış məktubda qeyd edilir. Yəni, açıq şəkildə şikayətçiyə bildirilir ki, Nərmin Qəzənfərovanı TƏBİB rəhbərliyi deyil, Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov işdən çıxarıb. İstəyirsə, ikincinin qərarından məhkəməyə müraciət edə bilər.
Eləcə də, şikayətçiyə bildirilib ki, tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı konkret hallar barədə məlumat verildiyi və bu halları təsdiq edən sübutlar təqdim edildiyi təqdirdə, aparılan araşdırmaların tamamlanması təmin ediləcəkdir.
Faktinfo.az saytı xəbər verir ki, Nərmin Qəzənfərova şikayətindən ona ünvanlanmış məktubun tərəflərindən irəli gələn şəkildə məhkəməyə və əmək kitabçasında qısa müddətdə onunla bağlı verilən əmrlərin uyğunsuzluq təşkil etdiyini əsas kimi götürüb,hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib.
Qeyd edək ki,Nərmin Qəzənfərovanın sonuncu dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabına müraciəti mətbuatda da yer almışdı.Şikayətçinin məlum müraciətinə LİNK üzərindən keçid verilə bilər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın