Dollar qarşısında ən çox ucuzlaşan valyutalar... -

Dollar qarşısında ən çox ucuzlaşan valyutalar... - Siyahı

Son altı ayda Kolumbiya pesosu bütün dünya valyutaları arasında dollara qarşı ən böyük artım nümayiş etdirərək, 9,02% bahalaşıb.

Axar.az xəbər verir ki, bu barədə Kolumbiya mediası məlumat yayıb.

Məlumata görə, dollara qarşı mövqeyini möhkəmləndirən beş valyutanın siyahısına İsrail şekeli (6,59%), Braziliya realı (5,91%), Macarıstan forinti (5,55%) və Qazaxıstan tengesi (4,22%) daxildir:

“Türk lirəsinin məzənnəsində isə ən böyük azalma qeydə alınıb. Şri-Lanka rupisi üçün də oxşar dinamika müşahidə olunur. Dollara qarşı ən çox zəifləyən valyutalar arasında Cənubi Koreya vonu, İndoneziya rupisi və Rumıniya leyi də var”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi