Dollar Türkiyədə bahalaşdı
ABŞ Federal Ehtiyat Sistemi (FES) baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlaması bəzi ölkələrin pul vahidlərinə təzyiqi artırıb.
Faktinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Türkiyə lirəsi (TL) dollar qarşısında biraz da ucuzlaşıb.
Dekabrın 14-də səhər saatlarında birjalarda Dollar/TL məzənnəsi rekordunu yeniləyib və 29,05 səviyyəsinə qədər yüksəlib.Bir sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son altı ayda isə Türkiyədə dollar lirə qarşısında 23%-dən çox bahalaşıb.
Beləliklə,Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 29.00 TL, satış üzrə 29.05 TL müəyyən edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın