
Dövlət satınalmalarında qaz vurub, qazan dolduran “SAFARI” MMC -nin arxasında kimlər durur
Son vaxtlar yerli icra hakimiyyəti orqanları tərəfindən rayonlarda abadlıq, yenidənqurma, yaşıllaşdırma, yol infrastrukturunun təmiri ilə bağlı işlər görülür. Dövlər qurumları bu işləri satınalmalar yolu ilə həyata keçirir, dəyəri yüz min, bəzi halklarda milyon manat olan müqavilələr bağlayırlar. Döblət satınalmalarının portalı üzərindən apardığımız araşdırmada əksər rayonlarda qeyd edilən işlər eyni şirkətlərə həvale edilir ki, bu da ictimaiyyət arasında şübhələrə yol açıq əsaslı suallar doğurur.
Dövlət tenderlərində ən çox qalib olan şirkətlər var ki, onların sahibi, özləri haqqında ciddi məlumatlara rəst gəlmək olmur. Nizamnamə kapitalı cəmi 10-50 manat olan, tender elanından cəmi bir neçə gün əvvəl yaradılan, lakin dərhal milyonluq tenderləri udan yüzlərlə şirkət mövcuddur.
Azərbaycanda son vaxtlar tender sahəsi üzrə məşhurlaşan, bu sahədən il ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından birinə çevrilən şirkətlərdən biri də “SAFARI” Məhdud Məsuliyyətli Cəmiyyətir.
Bu MMC- son bir neçə ayda bir neçə dövlət qurumu tərəfindən keçirilmiş satınalmaların qalibi olub ki, dəyəri yüz minlərlə manat təşkil edib. Onlardan yalnız 2026-cı ilin son aylarında keçirilmiş tenderlərə nəzər salaq.
FHN Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti ilə Hacıqabul rayonu, Nəvahi kəndində 12 ədəd, Meyniman kəndində 3 ədəd, Pirsaat kəndində 1 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə 428.000,15 manat dəyərində.
Xaçmaz rayon İcra Hakimiyyəti cari ildə Xaçmaz rayonunda görüləcək abadlıq işlərinin satınalınması üzrə 966.928,26 manat dəyərində müqaviləni 19.09.2026-cı ildə bağlayıb.
Lənkəran şəhər İcra Hakimiyyəti abadlıq işləri və yaşayış binalarında təmir işlərinin satın alınması (büdcə və büdcədənkənar vəsait hesabına) üzrə 2.000.072,42 manat dəyərində müqaviləni 08.09.2026-cı ildə bağlayıb.
“Tibbi Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi Tbbi Reabilitasiya Mərkəzi PHŞ-nin tikili və avadanlıqlarının cari təmir işləri üzrə 13.877,98 manat dəyərində müqaviləni 11.09.2026-cı ildə bağlayıb.
Qeyd edək ki, Tibbi Reabilitasiya Mərkəzinin keçirdiyi kotirovka sorğusu tikililərin cari təmiri üzrə göstərilsə də şərtlərə görə malların satınalan təşkilatın son təyinat məntəqəsinə qədər daşınması, təsvirdə yazıldığı kimi tam xidmətin malın təhvil verilməsi və bundan irəli gələn bütün xərclər təchizatçının üzərinə düşür. İş tam təhvil verildikdən sonra ekspert tərəfindən rəy veriləcək, işin təhvilində nöqsan aşkar edilərsə iş yenidən görüləcəkdir.
Göründüyü kimi kotirovka sorğusu heç də cari təmir işlərindən deyil, malların satın alınmasından gedir.
Qeyd edək ki, “SAFARI” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “SAFARI” MMC-ni kotirovka sorğularında iştirakına yol vermir.
Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.
Göründüyü kimi Tibbi Reabilitasiya Mərkəzi ilə “SAFARI” MMC arasında bağlanılmış satınalma müqaviləsində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “SAFARI” MMC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda Tibbi Reabilitasiya Mərkəzinin Satınalma Komissiyası buna yol vermişdir. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Azərbaycan Tibb Universiteti ATU-nun Tədris İdman Kompleksinin sanitar qovşaqlarının və damının əsaslı təmir işlərinin satın alınması üzrə 482.828,82 manat dəyərində müqaviləni 07.09.2026-cı ildə bağlayıb.
Azərbaycan Respublikasının Baş prokurorluğu Cari təmir və bərpa işlərinin satın alınması üzrə 1.065.026,95 manat dəyərində müqaviləni 28.08.2026-cı ildə bağlayıb.
“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi Cəlilabad şəhərində yerləşən 5 ədəd kanalizasiya nasos stansiyalarının istismarının bərpası işləri üzrə 262.099,3 manat dəyərində müqaviləni 11.08.2026-cı ildə bağlayıb.
Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayonunda şəhər, qəsəbə və kənd ərazilərində abadlıq işlərinin görülməsi üçün mal-materialların satınalması üzrə 396.303 manat dəyərində müqaviləni 08.07.2026-cı ildə bağlayıb.
Bəs son aylarda onlarla tenderin qalibi çıxmış MMC-nin barəsində açıq mənbələrdə nə kimi məlumatlar var. Açıq mənbələrdə MMC-nin nə saytı, nə veb səhifəsi var.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “SAFARI” (VÖEN: 1505208751) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.09.2020-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, ƏSƏD ƏHMƏDOV, ev.9, 5-Cİ DÖNGƏ, m.170, GİRİŞ 3, qanuni təmsilçisi kimi isə İsazadə İqbal Mirbaba oğlu qeyd olunub. MMC Həsənov Ramal Qənbər oğlu tərəfindən təsis edilib.
Qeyd edək ki, MMC 2025-ci ildə də dövlət satınalmaları yolu yolu xeyli gəlir əldə edib. Bunu MMC-nin müxtəlif dövlət qurumları ilə bağladığı müqaviolələrdən də görmək olar.
Siyəzən rayon İcra Hakimiyyəti ilə 520.028,67, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə 2.320.004,07, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə 1.165.094,06, DİN Baş Mühafizə İdarəsinin Xətai rayon mühafizə idarəsi ilə 454.991,96 Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” ilə 527.091,84, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ilə 598.021,05, Sumqayıt şəhər İcra Hakimiyyəti ilə 798.624, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti 715.000 manat dəyəri olan tenderlerin “qalibi” seçilmişdir.
Maddi texniki bazası barədə heç bir olmayan MMC-nin respublikanın ayrı-atrı rayonlarında dövlət sifarişlərini necə həyata keçirməsi suallar yaradır. MMC çox güman ki, təmir işlərinin aparılması üçün qul bazarından və yaxud da rayonlarda gündəlik muzdla işləyənlərdən briqada təşkil edir. Burada lazım olan texniki avadanlıqlar daş kəsən mişar, qaynaq aparatı, laqonda və sailr kimi tikintidə lazım olan avadanlıqlar fəhlələrin özlərinin olur. MMC rəhbəri heç bir müqavilə bağlamadan fəhlələrə günü 10-15 manat, ustalara 20-25 manat pul verir. Yükdaşımaları üçün lazım olan avtomobillər də gündəlik icarəyə götürülür. Nəticədə görülən işlərə cüzi xərclər çəkilir lakin gizlin tərtib olunan sənədlərdə külli miqdarda xərc çəkildiyi göstərilir.
Göründüyü kimi, “SAFARI” MMC son aylarda dövlət satınalmalarında qaz vurub qazan doldurur. Təbii ki, buna şəraiti yaradanlar var. Yoxsa respublikanın müxtəlif bölgələrindən dəyəri yüz minlərlə manat tenderlərin qalibi çıxmaq asan iş deyil.
/Mənbə:Aktualinfo.net












Bu xəbər üçün şərh yazın