
Dövlətə 5 milyon borcu olan məmur kimdir – Eldar Əzizov qovdu, hamisi qaytardı…
Bakı Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.
Xəbəri 32gun.az saytı yayıb.Məlumat verilib ki, idarənin vergi borcu 5 milyon manata yaxınlaşır (4777743.37 AZN).
O da xatırladılıb ki, 2018-ci ildə Binəqədi rayon icra başçısı Elxan Allahverdiyevin əmri ilə Elmin Zamanov idarənin rəhbəri təyin edilib.O,7 ildir ki,MKTB-nin rəisi vəzifəsini daşıyır.Lakin bu illər ərzində fəaliyyəti nədən ibarət olubsa, yekunda vergi borcu 5 milyona çatmaqdadır.
Tribunainfo.az bildirir ki,internet resurslarında Elmin Zamanov barəsində məhdud xəbərlər var.Bəzi tanınmayan portallarda onun haqqında bəsit tərif yazılarına rast gəlmək mümkündür.Amma onun xidmətinin hansı istiqaməti tərifəlayiq olubsa,vergi borcu kəllə-çarxa yüksəlib,bilmək çətindir.
Qaynarinfo.az-ın iki il əvvəl yaydığı məlumatda isə bildirilirdi ki,Zamanov Elmin Elbəyi oğlu barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsi ilə protokol tərtib olunub. O, iş yerində baş verən bədbəxt hadisəni gizlətməkdə ittiham edilib.2024-cü ildə BŞİH apardığı araşdırma nəticəsində isə Elmin Zamanov tutduğu vəzifədən kənarlaşdırıb.Az sonra o,yenidən vəzifəsinə geri qaytarılıb.Ayrıca, o da qeyd edilir ki,Binəqədi rayon İcra Hakimiyyətinin başçısı rayonda bəzi tikintilərə icazə verilməsi üçün qeyri-rəsmi danışıqlarda onun iştirakına şərait yaradır.
Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Bu xəbər üçün şərh yazın