Dövlətin büdcəsini BELƏ QARƏT EDİRLƏR... - "Haray, ay Azərbaycan dövləti, HARAY!!!"
"Əkin ilinin əvvəlində "Kran kor"(kranko) şirkətinin mütəxəssisləri ilə söhbət edirdim.Dedilər bu ildə quraqlıq olacaq.
Bu şirkət Haramı düzündə 30 min hektar dəmiyə taxıl əkdi və biçin olmadı".
DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdəki paylaşımda qeyd olunur.
Paylaşımda daha sonra bildirilir: "3 ildir heç nə biçmirlər.Bu əkilən sahənin hər hektarı dövlətə (50 manat şum,15 manat mala,15 manat səpin,150 manat toxum,100 manat gübrə,30 manat alaq dərmanlama,40 manat ziyanvericilərə qarşı tədbir və 200 manat subsidiya) 600 manata yaxın zərərə başa gəlir.
Ümumilkdə il ərzində Kraunko şirkəti Azərbaycan büdcəsindən 25 milion manatdan artıq pul qoparır.Şirkətin yetkili şəxsi 5000 manata at alır,digər bir aqranomu 50 ədəd 1221 traktor,zapçast maqazini,20 konbayn əldə edib.
Çox hörmətli dövlət baba bu pulların hesabını nə vaxt soruşacaqsan?
3 ildə 80 milyondan artıq pul oğurlanıb.İndi də sığorta şirkətləri ilə əlbir olub sandıqlarının başını doldururlar. Haray, ay Azərbaycan dövləti, HARAY!!!"
Bu xəbər üçün şərh yazın