Dövlətov maşınla adam öldürdü
Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin rəsmi saytı xəbər verir ki, gecə saat 1:00 radələrində Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində kənd sakinləri Emil Dövlətovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Vüsal Abdullayevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə V.Abdullayev və 1 sərnişini, habelə E.Dövlətovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. Toqquşma nəticəsində ağır yaralanan V.Abdullayev orada ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın