
Dr. Ersan Şen İmamoğlunu sərt tənqid etdi
Türkiyənin “TGRT Haber” kanalında Taksim Meydanı proqramının qonağı olan hüquqşünas prof. Dr. Ersan Şen İBB sədri Əkrəm İmamoğlunu sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, "CHP-nin xalqla əlaqəsi kəsilib" deyən Şen, İmamoğlunu xidmət siyasətindən uzaqlaşdığına görə ittiham edib.
Şen, “Xalq İmamoğlunu xidmət üçün seçdi. Qardaş, sən niyə xidmət siyasəti ilə məşğul olmursan? Gəmilərin vəziyyəti necədir? Kabataş-Beşiktaş metrosunu nə etdin? İstanbulda ciddi nəqliyyat, zəlzələ problemi var.Eləcə də digər sahələr bərbad vəziyyətdə. Seçkidən 10 ay sonra dükanını bağladın.
O,həmçinin vurğulayıb: "Növbəti prezident seçkilərinin keçirilməsinə hələ 3 il müddət var,özünü yersiz yerdən prezidentliyə namizəd irəli sürürsən.Yaxşı,Ankara Bələdiyyəsinin sədri Mənsur Yavaş namizədliyini irəli sürsə nə edəcəksən? Sən Milliyətçi-mühafizəkar seçiçidən səs qazanacağınımı düşünürsən?" deyib.
Faktinfo.az xatırladır ki, Dr. Ersan Şen ixtisasca hüquqşünasdır,iqtisadi-siyasi təhlillərinə görə də seçilir.Həmçinin, o, ötən prezident seçkilərində Ərdoğan iqtidarını iqtisadi vəziyyətin çətinliyinə görə davamlı tənqid edən şəxslərdən hesab edilirdi.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın