DST-dən xəbərdarlıq:"Koronavirus zamanı spirtli içki içmək təhlükəlidir"
Alkoqol istifadəsi koronavirusa yoluxma riskini artıra bilər.
Bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) hesabatında məlumat verilir.
Hesabatda deyilir: “Alkoqol immunitet sistemini risk altına alır və sağlamlığa mənfi təsir göstərmək potensialını artırır. Buna görə də, istehlak olunan spirt miqdarı, xüsusən də COVID-19 pandemiyası zamanı minimuma endirilməlidir”.
DST alkoqolun koronavirusu öldürməsi rəyinin mif olduğunu vurğulayıb. “Hər hansı bir alkoqol içmək sağlamlıq üçün təhlükəlidir. Lakin spirt miqdarı yüksək olan içki, xüsusən metil spirt istifadə edilibsə, ölüm də daxil olmaqla, sağlamlığa ciddi zərər verə bilər”.
Sorğulara əsasən, təcrid rejimi insanların alkoqol vərdişlərini dəyişdirir. Belə ki, İngiltərənin hər beşinci sakini məhdudiyyətlər tətbiq olunandan bəri əvvəlkindən daha çox spirt istehlak etməyə başlayıb.
Bununla yanaşı, hər üçüncü respondent, əksinə, alkoqol istehlakını azaltdığını və ya azaltmağa çalışdığını söyləyib.
Respondentlərin 6%-i spirtli içkini tamamilə tərgitdiyini deyib./Strateq.az
Bu xəbər üçün şərh yazın