Dünya futbolunun əfsanəsi gedəcəyi tarixi açıqladı
Almaniyanın “Bavariya” klubunun İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge vəzifəsindən gedəcəyi tarixi açıqlayıb.
64 yaşlı funksioner “Kicker” nəşrinə postunu 2021-ci ildə tərk edəcəyini bildirib. O, xələfinin adını da deyib:
“Həmin vaxt bu vəzifəni 20 il icra etmiş olacağam. Getmək üçün yaxşı məqam olduğunu düşünürəm. Xələfimin Oliver Kan olmasına ümid bəsləyirik. O, uyğunlaşmaq və ritmə düşmək üçün klubdan gedişimdən öncə işə başlamalıdır. Onun mənim işimi yerinə yetirə biləcəyini düşünürəm”.
Qeyd edək ki, Rummenigge “Bavariya”da 1991-ci ildə vitse-prezident kimi işə başlayıb. O, 2002-ci idən İdarə Heyətinin sədridir. Kan isə 1994 – 2008-ci illərdə Münhen təmsilçisinin formasını geyinib./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın