Dünya hərb tarixində rekord göstərici -Afrin əməliyyatı ,kiçik bir səhv...
Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də Suriyanın Afrin bölgəsində başladığı “Zeytun budağı” əməliyyatı ilə gücünü növbəti dəfə nümayiş etdirdi. Müəyyən edilən hədəflərin 96 faizinin eyni vaxtda havaya qalxan 72 ədəd F-16 və F-4 qırıcısı ilə məhv edilməsi dünya hərb tarixində rekord göstərici sayılır.
Faktinfo.az Publika.az-a istinadən xəbər verir ki, hava əməliyyatı 4 min kvadrat kilometrlik kiçik bir ərazidə keçirilib.
Ərazinin kiçik olması və əlverişsiz coğrafi şərtlər fonunda kiçik bir səhv böyük mənfi nəticələrə səbəb ola bilərdi. Mənfi nəticələrin qarşısının alınması üçün hava koordinasiyası böyük əhəmiyyət daşıyırdı.Türkiyənin NATO standartlarından daha yüksək olan hava əməliyyatında uzaqmənzilli radiolokasiya aşkarlayıcı təyyarələr olan AWACS-lar (“Barış qartalı”) mühüm rol oynayıb.
Havada yanacaq doldurma ilə 24 saat səmada qala bilən “Barış qartalı” 350 kilometr radiusda eyni vaxtda 3 min hədəfi aşkar edə və izləyə bilir. Elektron siqnalları qarışdıra bilən AWACS yerdəki radarlardan çox yüksək müşahidə qabiliyyətinə malik sistemlərlə təchiz olunub.
Türkiyənin illərlə gözlədiyi və vaxtından gec aldığı AWACS-lar “Zeytun budağı” əməliyyatından daha əvvəl Sincar və Karaçok əməliyyatlarında mühüm rol oynayıb.
Qeyd edək ki, AWACS təyyarələri NATO-nun birbaşa tabeçiliyində olan yeganə hərbi qüvvədir. Bu təyyarələr olduqca böyük yüksəklikdən uçduğundan hansısa hava hücumundan müdafiə sistemi tərəfindən yaxalanmır.
2015-ci il dekabrın 18-də NATO cənub qanadını gücləndirmək məqsədi ilə Türkiyənin hava təhlükəsizliyinə dəstək planını təsdiqləyib. Dəstək planı çərçivəsində Türkiyəyə NATO-nun erkən xəbərdarlıq sisteminə malik AWACS və onlara dəstək olaraq KC-135 tipli yanacaq təyyarələri göndərilib.
Bu xəbər üçün şərh yazın