“Düşünmür bunun bədəlinin ağır olduğunu” – Natavandan Ayselə

“Düşünmür bunun bədəlinin ağır olduğunu” – Natavandan Ayselə 

Müğənni Natavan həmkarı Aysel Əlizadənin ailə dağıtması ilə bağlı xəbərlərə reaksiya verib.

“Yeni Sabah” xəbər verir ki, o instaqram hesabında “Oxuduğum kimi: Nələri yaddaşdan silmədi ki bu illər” deyə yazıb. O, qeyd edib ki, tamaşaçının indi dağ başına qaldırdığı starların bir çoxları üçün kumir olanların elə yaşananlar, elə səhvlər və hərəkətləri unudulub ki: “Söhbət heç tək bizim sənətçilərimizdən getmir, dünya ulduzlarının həyatlarında da çətin məqamlar yaşanıb, amma sonu nədir?

Reklam və gündəmdən başqa bir şey deyil. İnsanlar 3-4 gün danışıb, yeni mövzu ortaya çıxana qədər vaxtlarını doldurub başını qatarlar sadəcə. Çünki hərənin öz dərdi, problemi və özəl həyatı var. Və təbii ki, səhvsiz insan yoxdur. Kimsə böyük danışmasın. 

Başqasının sirrini, özəlini açan hələ xeyir tapmayıb. İnsan özünü və uşaqlarını düşünsə, heç ağzını açmaz, amma heyiflər olsun ki, bir çoxları sadəcə danışmaq üçün danışır. Düşünmür bunun bədəlinin nə qədər ağır olduğunu.

Nəticədə, olan sənətçiyə və onun ailəsinə olur. Amma o da çətin olsa da, yenə unudulur. Demək istədiyim odur ki, hər bir halda çox da dərinə getməyin. Kimin günahı var, özü bilər". 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər