Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib 

Martın 18-də ədliyyə naziri Fərid Əhmədov Saatlı rayonunda ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

Nazir əvvəlcə ulu öndər Heydər Əliyevin Saatlı rayonunda abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramını bildirib.

Qəbulda Saatlı, Sabirabad, İmişli və digər rayonlardan olan vətəndaşlar, şəhid ailələri, müharibə iştirakçıları iştirak ediblər. Onların ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri ilə bağlı müraciətlərinə baxılıb, digər qayğıları ilə maraqlanılıb. Qaldırılan məsələlərin araşdırılması məqsədilə nəzarətə götürülərək həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün nazirliyin qəbulda iştirak edən aidiyyəti əməkdaşlarına tapşırıqlar verilib.

Nazir F.Əhmədov ölkə Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının daim diqqətdə saxlanıldığını bildirib. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Faktinfo.az

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edibƏdliyyə naziri Saatlıda vətəndaşları qəbul edibƏdliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi