ƏƏSMN iş yerlərinin artdığını, DSK azaldığını deyir – İqtisadçı paradoksa aydınlıq gətirdi

ƏƏSMN iş yerlərinin artdığını, DSK azaldığını deyir – İqtisadçı paradoksa aydınlıq gətirdi 

"Yanvar-fevral aylarında Azərbaycanda əmək müqavilələrinin sayı 25,9 min artıb və mart ayının 1-də 1 milyon 834,6 min olub".

AzPolitika.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, əmək müqavilələrinin artması ölkədə məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun leqallaşdırılması ilə bağlı olub.

Amma Dövlət Statistika Komitəsinin bu gün açıqladığı məlumata görə, bu ilin yanvar-fevral aylarında muzdla çalışan işçilərin sayı 14,6 min nəfər azalıb və mart ayının 1-də 1 milyon 727,2 min nəfər olub.

İqtisadçı Allahverdi Aydın bildirir ki, əmək müqavilələrinin sayının muzdlu işçilərin sayından çox olması əlavə iş yeri kimi bir nəfərlə birdən artıq əmək müqaviləsi bağlanılması deməkdir. “Bunu məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun leqallaşdırılması kimi təqdim edirlər”, - o əlavə edib.

"Necə olur ki, ölkədə məşğulluq imkanları artırılır, amma muzdlu işçilərin sayı azalır, necə olur, ölkədə qeyri-formal məşğulluq leqallaşdırılır, amma leqal işləyən işçilərin sayı azalır. Normal şərtlərdə belə anormallığa təəccüblənməmək mümkün deyil, amma bizdə bu cür anormallıqlar çoxdan adiləşib", - A.Aydın vurğulayıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi