"Əfsuslar olsun ki,.." -DEPUTAT
"Əfsuslar olsun ki, Vətən müharibəsindəki qələbəmiz haqqında bir bədii film çəkilməyib. Son 30 ildə baş verənlər, bu müharibənin başlanğıc tarixindən başlasaq sonuna qədər gözəl bəddi film çəkmək olar".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.
"Təbii ki, bunun üçün də vəsait lazımdır. Stimullaşdırıcı bir iş olduğu üçün təklif edirəm ki, bu filmin çəkilməsində bəlkə vergi güzəştləri tətbiq edək. Bu vacib məsələdir", - deyə deputat bildirib.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın